Kazım Qasımov, “Sera Park” şirkətinin direktoru
Stend nömrəsi A2320
– Bizim şirkət istixanalarının və kənd təsərrüfatı sektoru üçün istənilən konstruksiyaların istifadəyə hazır layihələndirilməsi və tikintisi ilə məşğuldur. Şirkət “Caspian Agro 2018” sərgisində yerli kənd təsərrüfatı bazarında əsasən istixana təsərrüfatları üçün nəzərdə tutulmuş dörd yeni məhsul təqdim edir. Həmçinin onu da qeyd edim ki, “Sera Park” şirkəti yüksək hazırlıqlı yerli mütəxəssislərdən ibarət kollektivi olan bir şirkətdir və yeni məhsulları “Made in Azerbaijan” brendi altında təqdim edir.
Bizim stendimizdə “A” sinif istixanalarının istifadəyə hazır şəkildə, ən aşağı qiymətlərlə və zəmanətlə tikintisi və quraşdırılması kimi şirkətin yeni xidmətləri haqqında məlumat əldə etmək mümkündür.
Şirkət istixana şəraitində becərilən pomidor, xiyar və digər tərəvəz kollarını dəstəkləmək üçün metal qarmaqlar istehsal etməyə başlayıb. Yerli istixana təsərrüfatlarının sahibləri bir qayda olaraq, bu məhsulları xarici istehsalçılardan alırlar. Hal-hazırda, onlar bu məhsulları “Sera Park” şirkətindən ən aşağı qiymətlərlə əldə edə bilərlər.
“Sera Park” şirkəti Azərbaycanda “OSMOS” texnologiyası üzrə istixanalar üçün su filtrasiya sistemini hazırlayıb istehsal edir. Bu məhsul da texniki təsvir və üstünlükləri ilə bizim stendimizə təqdim olunacaq.
Şirkətimizin dəstəyi və tövsiyəsi ilə Azərbaycanda ilk dəfə olaraq zəfərançılığın inkişafı üçün pilot layihə hazırlanıb. Stendimizin ekspozisiyasında (tam ixrac paketində) yüksək keyfiyyətli Azərbaycan zəfəranı nümayiş olunacaq.
İlk növbədə, yerli sahibkarların dünya bazarına daxil olaraq “Made in Azerbaijan” brendli məhsulları təqdim etmələrinə öz dəstəkləri sayəsində şərait yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidentinə və kənd təsərrüfatı nazirinə minnətdarlıq etmək üçün onları stendimizdə görməkdən məmnun olarıq.