Mətin Əliyev, “Aztexnika” şirkətinin kənd təsərrüfatı texnikaları şöbəsinin sədri, “John Deere” məhsulları üzrə menecer
- İnşaat, yol-tikinti və kənd təsərrüfatı texnikasının əsas idxalçılarından biri kimi, “Aztexnika” şirkəti ölkənin kənd təsərrüfatı sənayesinin nəhəng iştirakçıları arasında yaxşı tanınır. Biz qlobal miqyasda tanınmış 20-dən artıq istehsalçı, o cümlədən “John Deere”, “Antonio Carraro”, “Ropa”, “Palfinger”, “JCB” və başqa şirkətlər ilə rəsmi distribyutor olaraq əməkdaşlıq edirik.
Stendimizdə yüksək manevr imkanına və böyük dönmə bucağına malik olan “Antonio Carraro” (İtaliya) şirkətinin şarnir birləşməli kompakt traktorunun yeni modeli təqdim edilir. Burada “John Deere” şirkətinin (ABŞ) kompakt traktoru və nəhəng taxıl kombaynı ilə tanış ola bilərsiniz. Hazırda Azərbaycanda artıq 30 belə kombayn istismara verilib və 2020-ci ilə qədər daha 60 belə texnikanın alınması planlaşdırılır ki, bu da yüksək tələbatı göstərir.
Sərgidə iştirak aparıcı sənaye brendlərini şirkətin əsas alıcılarına və bütün maraqlanan ziyarətçilərə nümayiş etdirmək niyyəti ilə bağlıdır. Biz istər yeni fəaliyyətə başlamış fermerlər, istərsə də nəhəng şirkətlər olsun, hər kəsə zəruri məlumatları verməkdən məmnun olarıq və əməkdaşlıq üçün münbit şərait yaratmağa hazırıq.
Sərgi sabit inkişaf nümayiş etdirir. Biz tədbirin ilk iş günündə maraqlanan ziyarətçilərin sayının artdığını müşahidə etdik və onların sayı ötən illə müqayisədə iki dəfə çoxdur. Həmçini, sərgi iştirakçılarının coğrafiyası nəzərəçarpacaq şəkildə genişlənib.