Kamal İbrahimov, “Kəndimiz bazarı” şirkətinin direktoru
- Belə sərgilərin keçirilməsini alqışlayıram. Düşünürəm ki, onlar bir çox cəhətdən kiçik və orta biznesi təmsil edən kiçik şirkətlərin inkişafına töhfə verir, onlara öz bizneslərində irəliləyiş üçün lazım olan hər şeyi tapmağa, bazar haqqında yüksək keyfiyyətli, dolğun və aktual məlumatlar almağa və bazarda iştirakçı olmağa imkan yaradır. Sərgidə belə şirkətlər vasitəçilərin iştirakı olmadan birbaşa iri şirkətlərlə əlaqələr qura bilərlər.
Özümü misal olaraq göstərə bilərəm. Ağsu rayonunda 100 hektar torpaq sahəsinin sahibiyəm. Əvvəllər onu buğda əkini üçün istifadə edirdim. İndi isə profilimi bağçılığa dəyişməyə qərar verdim. “Caspian Agro” sərgisində mən nəinki meyvəçilik sahəsində xidmət göstərən bir sıra şirkətlərlə tanış ola bildim, həm də bu biznes üçün dövlət dəstəyi ilə 5%-lik kreditin əldə edilməsi imkanlarını öyrənə bildim. Mötəbər bir sərgi çərçivəsində öz təsərrüfatının inkişafı üçün bütün mümkün variantları müzakirə etmək- bundan yaxşı nə ola bilər?