Kənd təsərrüfatının inkişafı üçün əla perspektivlər

Kənd təsərrüfatının inkişafı üçün əla perspektivlər

11 i̇yun 2021 0000

Rauf Eminov, “Grow Group Azerbaijan” şirkətinin İxrac üzrə koordinatoru

Bu il “Grow Group Azerbaijan” şirkəti öz onillik yubileyini qeyd edir. Şirkət müasir avtomatlaşdırılmış istixana komplekslərinin qurulması sahəsində ixtisaslaşıb və onların istismarı üçün müxtəlif sistem, material və avadanlıqların təchizi ilə məşğuldur. Şirkət hazırda Avropanın 17 brendinin rəsmi təmsilsçisidir və onların arasında “Richel”, “Paskal”, “Grodan”, “Bato”, “Bogaerts” və s. brendlər, eləcə də İsrailin “Pelemix” brendi yer alır.

Stendimizdə həmçinin bizim törəmə müəssisəmiz - həm ixrac, həm də daxili bazar üçün təxminən 20 hektar ərazidə (əsasən) pomidor, badımcan və yelpənək yetişdirilən Bakı İstixana Kompleksi təqdim edilir ki, bu da ölkəmizdə yaxşı tanınan “Dörd Fəsil” brendidir.

Hazırda Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yaxşı şərait yaradılıb. Nəhəng iqlim, torpaq və su potensialına sahib olan Qarabağ torpaqlarının işğaldan azad olunaraq geri qaytarılması bitkiçilik, bağçılıq və kənd təsərrüfatının digər istiqamətlərinin inkişafı üçün əla perspektivlər yaradır. Bu bölgədə işləmək arzumuz var, ən qısa müddətdə müxtəlif layihələr və planlar hazırlana bilər.

Biz ölkəmizdə sərgilərin yenidən fəaliyyətə başlamasından məmnunuq. Bu qəbildən olan forumlarda istehsalçılar, təchizatçılar və istehlakçılar görüşərək fikir mübadiləsi apara və səmərəli əməkdaşlıq edə bilərlər. Təcrübə göstərir ki, “onlayn” tədbirlər ilə müqayisədə, sərgidəki “canlı” görüşlər işgüzar əməkdaşlıq baxımından daha faydalı və məhsuldardır.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN