Kənd təsərrüfatına diqqət yetirin

Kənd təsərrüfatına diqqət yetirin

20 may 2022 0000

Reza Nadari, “Azaran Kimya” Şirkəti, İran meneceri

İxtisasca kimyaçıyam. “Caspian Agro” sərgisinə kənd təsərrüfatı sahəsi ilə maraqlandığım üçün gəlmişəm.

Müasir kənd təsərrüfatı kimya sənayesi olmadan inkişaf edə bilməz. Bu iki sənaye bir-biri ilə əlaqəlidir. Məhsuldarlığın artırılması, onun saxlanması və ziyanverici həşəratlardan qorunması mineral gübrələrin və kimyəvi maddələrin sayəsindədir. Sərgidə kənd təsərrüfatı üçün yeni texnologiyalar və yeni məhsullar axtarıram. Bu sahədə çoxlu tərəfdaşlarım və dostlarım var və mən onlarla bu xəbəri bölüşmək istərdim.

Sərginin canlı və işgüzar ab-havasını çox bəyənirəm. Hesab edirəm ki, bu layihə həm iqtisadi, həm də sosial baxımdan, xüsusilə də gənc mütəxəssislər üçün faydalıdır. Onlar üçün bu, istənilən startapın qurulmasında perspektivli təşviq üçün stimul rolunu oynayır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN