Azər Məcidli, “AZTEXNIKA”-nın satış meneceri
“Aztexnika” Azərbaycanda kənd təsərrüfatı maşınları, tikinti maşınları və avadanlıqlarının əsas idxalçılarından biridir. Bizim üçün Azərbaycan bazarı ilə tanış olmaq, fermerlər üçün yeni innovativ təkliflər irəli sürmək və yeni məhsullar təklif etmək olduqca vacibdir. Mütəxəssislərimiz “CaspianAgro” sərgisində ziyarətçilərə və potensial tərəfdaşlara məhz bu haqda məlumat verirlər.
Şirkətin etdiyi yeniliklərdən biri də fermerlər üçün məlumat bazasının yaradılmasında istifadə olunan yeni texnologiyadır. Onun üstünlükləri ondan ibarətdir ki, fermerlər və texniki operatorlar istənilən vaxt öz texnikaları, onun işlək vəziyyəti haqqında məlumat ala, hətta diaqnostik yoxlama apara, həmçinin mövsümi və ümumi məlumat ala bilərlər. Düşünürəm ki, bu funksiya həm də dövlət qurumlarına öz verilənlər bazasında avadanlıq haqqında bütün məlumatların saxlanması üçün faydalı ola bilər. Stenddə Amerika istehsalçısı “John Deer” şirkətinə məxsus kombayn maketi və şəkər çuğunduru yığan maşın Ropa Maus təqdim olunur. Eləcə də Autotrack texnologiyası. O, sükan, monitor və GPS siqnallarının qəbulu üçün bazadan ibarətdir. Bütün bunlar istənilən kombaynda quraşdırıla bilir və işləri xeyli asanlaşdırır.
Bu gün sərgi öz fəaliyyəti ilə hər kəsi məmnun edir. Çoxlu qonaqlar, aktual həllər və yeni müasir məhsullarla maraqlanan fermerlər vardır. Çox şadam ki, bir çox iştirakçılar bu formatda yeniliklər təqdim edirlər.