Ep van den Brink, “Royal Brinkman” şirkətinin regional direktoru
- Niderland Krallığının tanınmış şirkəti Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir və “CaspianAgro” sərgisinin daimi iştirakçısıdır. Niderland Krallığı kənd təsərrüfatı texnikası sahəsində dünyada liderdir, “Royal Brinkman” şirkəti isə bu sektorun ən nüfuzlu şirkətlərindən biri kimi, peşəkar bitkiçilik üçün kompleks xidmət və məhsullar təklif edir.
Biz bu sərgidə istixana təsərrüfatlarını bütün zəruri vasitələrlə təmin etməyə imkan verən, qorunan qruntda bitkilərin becərilməsi üçün Avropanın qabaqcıl texnologiyalarını təqdim edirik. Şirkətin nomenklaturasına 36 mindən artıq adda yüksək keyfiyyətli məhsul daxildir. Bunlar arasında tərəvəz, gül, dibçəkdə bitki və göbələk becərmək üçün məhsullar, su və elektrotexniki avadanlıqlar, tərəvəz və güllər üçün qablaşdırma, bitkilər üçün kimyəvi və bioloji qoruyucu vasitələr, kompüter avadanlıqları və bir sıra digər məhsullar yer alır.
Qeyd edək ki, bizim şirkətin Türkiyənin Antalya şəhərində böyük filialı fəaliyyət göstərir və bu da Azərbaycanlı sifarişçilərin işini asanlaşdıra bilər. Biz sərgidə müştərilərlə ünsiyyət qurmaq, yerli bazarda dilerlər, eləcə də investorlar tapmaq niyyətindəyik. Biz layihələrin böyük hissəsini stendi yanımızda yerləşən və bizim tərəfdaşımız olan “KG Greenhouses” şirkəti ilə birlikdə yerinə yetiririk, lakin biz istixanaların tikintisi ilə məşğul olan digər şirkətlər ilə də əməkdaşlığa hazırıq.