“John Deere” brendinin möhtəşəm texnikaları

“John Deere” brendinin möhtəşəm texnikaları

18 may 2017 0000

Seymur Bayramov, “Aztexnika” şirkətində İdarəetmə Departamentinin baş mütəxəssisi

- “Caspian Agro” sərgisində dəfələrlə iştirak etmiş şirkətimiz öz nailiyyətlərinin nümayişi sahəsində zəngin təcrübə qazanıb. Biz bu dəfə “John Deere” texnikasının təqdim edildiyi stendlə çıxış edirik. Bu brendin Azərbaycandakı rəsmi distribyutoru “Aztexnika” şirkətidir.

Məlum olduğu kimi, ölkəmizdə pambıq əkin sahələrinin genişləndirilməsinə və kənd təsərrüfatı texnikalarının istifadə edildiyi parkların yenilənməsinə böyük diqqət yetirilir. Bununla əlaqədar olaraq stendimizdə innovasiyalı pambıqyığan “John Deere” kombaynını təqdim edirik. Bundan başqa, burada qeyd edilmiş brendin qazonbiçən və fermalarda insan və yükləri daşımaq üçün praktik maşınlarla da tanış olmaq mümkündür.

Bizim şirkət “John Deere” brendi ilə yanaşı, daha 14 tanınmış istehsal texnikasının da təmsilçisidir. İlk növbədə, bizim sərgidə iştirakımız şirkətin özünəməxsus üstünlüklərindən, potensialından necə istifadə etməyimizlə bağlı hesabatlılıq səciyyəsi daşıyır. Biz həmçinin yerli fermerlərə yeni kənd təsərrüfatı texnikasını təqdim etmək istəyirik. Şirkətimizin korporativ əlaqələr qurduğu bir sıra şirkətlərin sərgidə təmsil olunması çox vacibdir. Biz bu şirkətlərlə qarşılıqlı fəaliyyətimizi yaxşılaşdıra, eləcə də yeni tərəfdaşlar qazana bilərik. Ən əsası isə biz Azərbaycanın prioritet istiqaməti olan kənd təsərrüfatının inkişafına verdiyimiz töhfəni ənənəvi olaraq sərgini və bizim şirkətin stendini ziyarət edən cənab Prezidentə təqdim edə bilirik.

Belə gözəl və faydalı sərgiyə görə təşkilatçılara minnətdarıq!


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN