Kamran İsmayılov, “Red Pearls” MMC-nin rəhbəri
Bizim şirkət iki il əvvəl Ucar rayonunda təsis edilib və nar şirəsinin istehsalı sahəsində ixtisaslaşır. Bakıda keçirilən “WorldFood Azerbaijan” sərgisi bizim üçün çox maraqlıdır, belə ki, biz burada istehsalatımızın işini yaxşılaşdırmaq üçün zəruri olan məlumatları tapa bilərik. Şirkətin dünyada 125 sifarişçisi var. Ucardakı müəssisəmizdə istehsal edilən bütün şirələr MDB və Avropa ölkələrinə, eləcə də Kanadaya ixrac edilir. Biz indi ABŞ bazarına çıxmağı, məhsullarımızın bir hissəsini Azərbaycanda da satmağı planlaşdırırıq.
Bu sərgidə etiketlərin buraxılması və markalama (birkalama) üzrə Avropa avadanlıqları bizi maraqlandırır. Biz belə avadanlıqları xüsusilə “Global Printing System” şirkətinin stendində gördük və bu təchizatçı şirkət ilə ətraflı danışıqlar aparırıq.
Bizim şirkətin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Biz ikinci dəfədir ki, “WorldFood Azerbaijan” sərgisində qonaq qismində iştirak edirik və builki sərgi daha genişmiqyaslıdır. Bu isə bizi çox sevindirir.