İtkisiz məhsul yığımı

İtkisiz məhsul yığımı

8 may 2018 0000

Rövşən Bayramov, “Aztexnika” şirkətinin “John Deere” və digər kənd təsərrüfatı brendlərinin satışı üzrə menecerlər qrupunun rəhbəri

Stend Nö: А2102

– “Aztexnika” şirkəti “Caspian Agro” sərgisində hər il iştirak edir və Azərbaycanda kənd təsərrüfatının inkişafına öz töhfəsini verir. Builki ekspozisiyamızda əsas yeri artıq yaxşı tanınan “John Deere” brendi ilə yanaşı iki yeni brend də tutacaq.

“Antonio Carraro” şirkəti bağ sahələri, eləcə də orta və kiçik ölçülü fermer təsərrüfatları üçün İtaliyanın tanınmış kompakt traktor istehsalçısıdır. Öz xarici və texniki xüsusiyyətləri ilə seçilən, eləcə də torpağın şumlanması və məhsul yığımı üçün geniş çeşiddə ucluqları olan “Antonio Carraro” traktorları kənd təsərrüfatı şirkətlərinin rəhbərləri və təcrübəli fermerlər arasında populyarlıq qazanır.

“ROPA” brendi isə şəkər çuğunduru və kartof toplamaq üçün Alman istehsalı olan unikal texnikanı təklif edir. Bu maşınların texniki imkanları yalnız düz səthdən deyil, həm də yamac və çuxurlarda məhsulu zərər vermədən yığmağa imkan verir. 18 may tarixində biz də bu texnikanın sərgi çərçivəsində təqdimatını keçirməyi planlaşdırırıq. Əlbəttə ki, “John Deere” brendinin maşınları, xüsusən də məhsul yığımı üzrə ən yüksək keyfiyyət və sürət göstəriciləri olan “W230” model taxıl kombaynı təqdim ediləcək.

Bizim maraq dairəmizə öz torpaq və bağ sahələri olan insanlar, eləcə də məhsuldar torpaq sahibləri, bu torpaqları yüksək keyfiyyətlə kultivasiya etmək və itkisiz bol məhsul yığmaq  istəyən sərgi ziyarətçiləri daxildir – bunlar həm fərdi torpaq sahibləri, həm də kənd təsərrüfatı sektoru üzrə dövlət layihələrinin rəhbərləri, o cümlədən fermerlər ola bilər. Həmçinin biz stendimizdə arzu edən hər kəsə lazımı məsləhətlər verəcəyik.  


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN