İtaliyalı istehsalçıların məhsul və xidmət spektri

İtaliyalı istehsalçıların məhsul və xidmət spektri

18 may 2017 0000

Qaya Culiani, “Advice&Consulting” (İtaliya) şirkətinin satış üzrə meneceri

– “Advice&Consulting” şirkətlər qrupu kimi, biz sərgidə kənd təsərrüfatı sahəsi üzrə kompleks xidmət paketi təklif edən bir sıra italyan istehsalçılarını təqdim edirik. Məhsul və xidmət spektri genişdir: bura torpağın analizi, bitki seçimi üzrə konsultasiya, virussuz, sertifikatlı bitkilərin tədarükü, aqronomlara dəstək, istifadəyə hazır bağlar (şpallerlər, torlar və s.), texnika təchizatı, yeni yaxşılaşdırılmış Avropa keyfiyyətinin yaradılmasında daimi dəstək daxildir. Bundan sonra son məhsulun keyfiyyətinin və saxlama müddətinin uzadılması üçün soyuducu qurğular; məhsulları çəkisinə, diametrinə və s. xüsusiyyətlərinə görə çeşidləməyə imkan verən çeşidləmə avadanlıqları; dondurma, qurutma, şirə, püre və s, məhsul hazırlamaq üçün emal avadanlıqları kimi daha intensiv sənaye metodları gəlir və qablaşdırma ilə yekunlaşır.

Beləliklə, Avropa keyfiyyəti çərçivəsində yerli bazarda İtaliya təcrübəsinin tətbiqi özünü doğruldub. Azərbaycan çox böyük potensiala malikdir və müasir iş adamları bu regiona maraq göstərirlər. Buna görə də öz biliklərimizi və qabaqcıl texnologiyalarımızı yerli müştərilər ilə bölüşmək niyyətindəyik. Bağçılıq, satış məqsədilə bitkiçiliklə məşğul olan istehsalçıları öz stendimizdə gözləyirik. Sərgi çox maraqlı və faydalıdır. İnsanlar tez-tez bizə yaxınlaşır, suallar verir və əməkdaşlıqda maraqlı olduqlarını bəyan edirlər.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN