Meral Bilgin, “MST Holland” şirkətinin Baş direktoru
- Bizim şirkət “Caspian Agro” sərgisinin daimi iştirakçısıdır. Bu dəfə bizim stenddə istixanaların daxili təchizatının, zəruri avadanlıqların quraşdırılması və tədarükünün təşkili üzrə xidmətlərə, eləcə də supervazer xidmətlərinə xüsusi diqqət yetirilib. “MST Holland” şirkəti istifadəyə hazır istixana layihələri və həll variantları təklif edən tərəfdaşlarımızı, istixanalar üçün avtomatlaşdırma sistemləri, suvarmanın, mikroiqlimin idarə edilməsi, gübrələmə sahəsində ixtisaslaşmış “Hoogendoorn” şirkətini, eləcə də elektrik avadanlıqları, suvarma sistemləri, işıqlandırma və nəmləndirmə sahəsində püxtələşmiş “Stolze” şirkətini təqdim edirik.
Biz sərgidə öz peşəkarlığımızı və sifarişçilər üçün maliyyə baxımından sərfəli olan təkliflərimizi təqdim etmək niyyətindəyik. Biz istixanaların tikintisində maraqlı olan bütün sahibkarları stendimizə dəvət edirik. Şirkətimiz artıq Azərbaycanda bir sıra uğurlu layihələrə imza atıb və ümidvarıq ki, bu sərgi sayəsində daha çox yeni müştəri qazanacağıq.
Biz tədbirin bütün qonaq və ziyarətçilərini qarşılıqlı faydalı əməkdaşlıq naminə fəal işə və səmərəli ünsiyyətə dəvət edirik!