İstixana təsərrüfatlarının inkişaf layihələri

İstixana təsərrüfatlarının inkişaf layihələri

17 may 2018 0000

Vladimir Pastuxov, “Walzmatic” (Rusiya) şirkətinin biznesin inkişafı üzrə meneceri

– “Walzmatic” şirkəti istixana kombinatları üçün xüsusi avadanlıqlar, yığım üçün araba, bitkilərə qulluq və istixanaların təmir üçün xidmət arabaları istehsal edir. “Caspian Agro 2018” sərgisində iştirakımız şirkət üçün yeni olan Azərbaycan bazarına daxil olmaq arzusu ilə bağlıdır. Hazırda bu ölkənin kənd təsərrüfatı sektoru olduqca fəal inkişaf edir.              

Hələ bu ilin əvvəlində şirkətimizin nümayəndələri Azərbaycanda bir sıra istixana təsərrüfatlarını ziyarət edərək, bu bazarın gələcək perspektivindən əmin olublar. Beləliklə də, biz  məhsul və xidmətlərimizi geniş auditoriyaya operativ və səmərəli şəkildə təqdim etmək üçün regionun əsas kənd təsərrüfatı sərgisində iştirak etmək qərarına gəldik.

Azərbaycanda yeni tərəfdaşlar və müştərilər tapmaq istəyirik. Biz istixana kombinatlarının təklif etdiyimiz avadanlıqlardan birbaşa istifadə edən müəssisələrin nümayəndələrini və istixana biznesinin investorlarını canlı dialoqa dəvət edirik. Onlar burada məhsullarımız ilə əyani şəkildə tanış ola və bütün zəruri məlumatları əldə edə bilərlər.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN