3 may tarixində Hyatt Regency Baku mehmanxanasında “Caspian Agro” sərgisinin təşkilatçıları işgüzar səhər yeməyi təşkil ediblər. İşgüzar qəlyanaltının keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. Təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş kouç Fidan Əzimli (ALPHA COACHING and CONSULTING) tərəfindən aparılıb. Qəlyanaltı zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb. Bundan başqa, təşkilatçılar işgüzar qəlyanaltı keçirməklə iştirakçılara bir-biriləri ilə tanış olmaq imkanı yaradıb, çünki onların əksəriyyəti bir-birilərinin potensial müştəriləri olsalar da, sərgi zamanı stendlərdə aparılan gərgin işə görə belə imkana malik olmurlar. Təşkilatçılar ümid edirlər ki, şirkətlər səsləndirilmiş faydalı məsləhətləri sərgilərdə iştirak əsnasında tətbiq edəcək və işgüzar qəlyanaltı xoş ənənəyə çevriləcəkdir.