İntensiv bağların salınmasında geniş təcrübə toplamışıq

İntensiv bağların salınmasında geniş təcrübə toplamışıq

5 may 2022 0000

Osmanlı Faiq Yunis , İcraçı Direktor

"Greens Az" şirkəti 2010-cu ildən fəaliyyətə başlamışdır. Şirkət regionun ən dinamik inkişaf edən agroşirkətlərindən biri olmaqla yanaşı geniş inkişaf imkanlarına malikdir. Şirkət bu günə kimi 700 ha innovativ meyvə bağları salmışdır. "Greens Az" eyni zamanda aqrobiznesdə maraqlı olan şirkətlər üçün konsaltinq xidmətləri də verməkdədir. Cari ildə isə şirkətin verdiyi konsultasiyalar nəticəsində sifarişçilərə 200 ha-dan yuxarı intensiv bağlar salınmışdır.

Bu gün şirkət Azərbaycanın ən iri agrotexniki şirkətləri ilə əməkdaşlıq etməkdədir. Bununla yanaşı “Greens Az” 2022-2023- cü illər ərzində 500 ha innovativ bağların salınmasına dair anlaşmalar etmişdir. Şirkətdə 3 yerli, 8 xarici agronom, 50-dən çox supervayzer və digər texniki personal çalışmaqdadır.

Caspian Agro 2022 sərgisində şirkətimiz meyvə istixanalarının tikilməsinin, müasir suvarma sistemlərinin (damlama, yağmurlama, pivot), dona qarşı avadanlıqların quraşdırılmasının, müxtəlif növ meyvə tiglərinin, həmçinin sitrus və tropik meyvə tinglərinin gətirilməsinin, sıfırdan meyvə bağlarının salınmasının, müxtəlif kənd təsərrüfatı texnika və aqreqatlarının təminatının təşkili kimi xidmətlərimizi sərgi iştirakçılarına və ziyarətçilərinə təqdim edəcəyik.

Kənd təsərrüfatı sərgilərinin keçirilməsini çox mühüm və zəruri tədbir hesab edirəm. Onlar şirkətlərə bütün imkanlarını nümayiş etdirməyə, yeni əlaqələr qurmağa və daha geniş potensial müştərilər və tərəfdaşlara özlərini tanıtmağa kömək edir.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN