Rüfət Məmmədov, “Grow Group AZERBAIJAN” şirkətinin Baş direktoru
– “Grow Group AZERBAIJAN” ASC ən son standartlara cavab verən, Avropa keyfiyyətli yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş və tam avtomatlaşdırılmış polietilen və şüşə örtüklü müasir istixana komplekslərinin satışı və quraşdırılması ilə məşğuldur.
2009-cu ildən etibarən, biz Fransanın “RICHEL Group” şirkətinin rəsmi distribyutoru kimi, Azərbaycanda artıq 12 hektarlıq ərazidə istixanalar quraşdırmışıq. Bundan başqa, təxminən iyirmi hektarlıq ərazidə isə quraşdırma işlərini qismən tamamlamışıq, bu il isə daha 15 hektar ərazini əhatə etmək niyyətindəyik. Göründüyü kimi, perspektivlər sevindiricidir.
Sifarişlər əsasən böyük fermer təsərrüfatlarının genişlənərək özəl sahibkarlara çevrilməsini müəyyən etsə də, bizim dövlət sifarişləri olan layihələrimiz də var. Bura Rusiya və ərəb ölkələrinə ixrac olunan məhsulun bir hissəsi daxildir.
Belə populyarlıq təsadüfi deyil, çünki dünyanın 80-dən artıq ölkəsində nümayəndəliyi olan bu şirkət dünyanın ən məşhur və tanınmış şirkətlərindən biridir. Şirkətin şüarını ticarət təklifi kimi də qəbul etmək olar – “İlin istənilən mövsümündə şirəli, təzə tərəvəzlər!”. Bizim təşkilatın nəzdində fəaliyyət göstərən “Bakı İstixana Kombinatı” ASC kimyəvi preparatlardan istifadə etmədən, holland texnologiyası əsasında dadlı məhsulların becərilməsi üzrə ixtisaslaşmış müəssisədir. Bu servis xidmətləri, zəmanət, gələcək inkişaf üçün bütün şəraitlər deməkdir.
Sərgini bəyənirik, tədbir uğurla təşkil olunub. Biz burada xarici həmkarlarımızla görüşlər keçirdik və bazarın tanınmış iştirakçıları ilə olan işgüzar əlaqələrimizi yenilədik.