Andrey Şangin, “Domaşniy standard” və “Maggio Chef” şirkətlərinin nümayəndəsi
Təmsil etdiyim iki şirkət beynəlxalq sərgidə ilk dəfə iştirak edir və “Caspian Agro 2021” sərgisi iştirak etdiyimiz ilk belə tədbir oldu. Ümidvarıq ki, xarici tərəfdaşlarla əlaqə qurmaq, ixrac istiqamətlərini genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq baxımından böyük təcrübə qazanacağıq. Sağlam və təhlükəsiz qida mövzusu indi bütün dünyada aktualdır. Hər kəs dadlı və təhlükəsiz qidaya üstünlük verir. Hər evdə keyfiyyətli məhsul istehsalı üçün avadanlıq təklif edən şirkətlərimizin məhsulları buna yönəlib.
Konkret olaraq: “Domaşniy Standard” şirkəti, ovtoklavların - ət, balıq və tərəvəz məhsullarının üç ilə qədər saxlama müddəti ilə evdə şüşə və tənəkə qablarda konservləşdirilməsi üçün nəzərdə tutulmuş cihazların istehsalı ilə məşğuldur. Bu cihazın üstünlüklərindən biri kimi bütün təhlükəsizlik standartlarına uyğun olan tibbi paslanmayan poladdan istehsal edilməsini qeyd etmək istərdim. Komplektə sənaye texnologiyasına əsaslanan özünü doğrultmuş reseptlər toplusu daxildir.
“Maggio Chef” şirkəti ziyarətçilərə üç pendir hazırlama üsulunu təklif edir. Cihazlar avtomatik və əl rejimlərində idarə olunan su örtüyü olan buxar-su qazanı, temperaturu və saxlamanı idarəetmə paneli və qarışdırıcı idarəetmə sistemi ilə təchiz olunub.
Bütün istehsal prosesinə nəzarət edirik, bu da bütün mərhələlərdə keyfiyyətə təminatı imkanı verir. Hər iki şirkətin öz dizayn büroları vardır ki, bu da bizə yüksək keyfiyyətli avadanlıq istehsal etmək imkanı verir.