Anar Hüseynov, Gubre.az aqrar ticarət şəbəkəsinin marketinq üzrə direktoru
Gubre.az portalı kənd təsərrüfatı məhsullarının, o cümlədən avadanlıq, toxum və gübrələrin satışı üzrə onlayn şəbəkədir. Şirkətimiz bazarda və fermerlər arasında ən innovativ şəbəkə kimi tanınıb. Polşa, İsrail, Türkiyə, Ukrayna və İtaliya yüksək keyfiyyətli pestisid və gübrə istehsalçıları kimi tanınır. Biz otuzdan çox qlobal brend ilə əməkdaşlıq edirik. Bu gün şirkətin 150 növ məhsulu, iki yüzdən çox satış obyekti var. Fermerlərlə əməkdaşlığa böyük əhəmiyyət verir, onları kataloqlarla təmin edir və məhsulların düzgün istifadəsini öyrədirik. Bu il sərginin qeydiyyat sponsoru qismində çıxış edirik, bu da əlbəttə ki, mühüm bir göstəricidir.
Stenddəki eksponatlar arasında yeniliklər - İtaliya və Almaniya istehsalçılarının yonca toxumları var. Bunun sayəsində fermerlər bir neçə il şaxtayadavamlı yaxşı məhsul yığa bilirlər. Biz bu cür məhsullari tezliklə Qarabağdakı torpaqlar əkin üçün hazır olduqda fermerlərə təklif etmək niyyətindəyik. Bu bölgədə əkinçilik və heyvandarlıq həmişə inkişaf etmişdir. Stendimizdə təqdim edilən ikinci yeni məhsul “MAY 455” pambıq toxumu istehsalçısıdır. Biz bu brendin distribyutoruyuq və onun yüksək keyfiyyətinə cavabdehik.
Uzun fasilədən sonra iş adamları da sərgilər üçün darıxıblar. Biznes belə tədbirlər üzərində qurulur və mən bu gün gördüm ki, istənilən rəqib şirkət burada mehriban görünür və dialoqa can atır. Hər kəs yeni xəbərləri öyrənmək və sadəcə ünsiyyət qurmaq istəyir.