Fevralın 15-dən Azərbaycanda kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə əldə edilməsi qaydaları tətbiq ediləcək

Fevralın 15-dən Azərbaycanda kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə əldə edilməsi qaydaları tətbiq ediləcək

6 fevral 2019 0000

Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı yeni qaydalarla başlayır.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yeni qaydalar 15 fevral tarixindən qüvvəyə minir.

“Bu gündən etibarən fermerlər “Aqrolizinq” şirkətindən deyil, digər təchizatçı şirkətlərdən də əlverişli şərtlərlə avadanlıq ala biləcəklər”, - nazirlikdən bildirilib.

Qaydalara əsasən, texnikanın gömrük dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.

Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək.

Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN