Dueyn А. Voy, ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Riskləri İdarəetmə Agentliyinin Sent-Pol şəhərindəki Regional ofisinin direktoru
- Bizim təşkilat kənd təsərrüfatı avadanlıqlarının subsidiyalaşdırılması və fermer məhsullarının sığortalanması sahəsində ixtisaslaşıb. Mən Bakıya bu sərgi ilə yaxından tanış olmaq üçün gəlmişəm. Burada tədarükünü subsidiyalaşdırdığımız avadanlıqlar təklif edilir. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Riskləri İdarəetmə Agentliyi üç Ştata – Viskonsin, Ayova və Minnesota ştatlarına nəzarət edir, fermerlərin sığortalanması sistemi ilə məşğuldur. Biz fermerlərə xidmətlərin təqdim edilməsi və təbii şəraitdən irəli gələn zərərlərin kompensasiya edilməsi sahəsində sığorta şirkətlərinə kömək edirik.
Peşəkar ixtisasın artırılması üzrə birgə proqramın iştirakçısı kimi, bu, mənim Azərbaycana ikinci səfərimdir. Bura daha əvvəl təcrübə mübadiləsi üçün ABŞ-dakı ofisimizi ziyarət etmiş layihənin yerli rəhbərinin dəvəti ilə gəlmişəm. Məqsədimiz kənd təsərrüfatı sahəsində Azərbaycandakı maraqlı tərəflər ilə fikir mübadiləsi aparmaqdır. Sərgi sadəcə mükəmməldir və Amerikada keçirilən analoji sərgilərə çox bənzəyir. Burada peşəkar fermer avadanlıqları, yeni texnologiyalar və elektronika məhsulları, istehsalatın təşkili üzrə yeni ideyalar və digər faydalı məhsul və məlumatlar təqdim edilir.