Ən yeni aqrotexnika və aqrotexnologiyaları sərgiləyirik

Ən yeni aqrotexnika və aqrotexnologiyaları sərgiləyirik

10 i̇yun 2021 0000

Natiq Nəbili, “Azer N Agro” MMC-nin müdiri

“Caspian Agro 2021" sərgisində iştirak bir çox nüfuzlu şirkətlər kimi bizim də “Azer N Agro”MMC olaraq hər zaman diqqət mərkəzimizdə olmuşdur. Biz də öz növbəmizdə bu sərgidə, kənd təsərrüfatında istifadə olunan ən yeni aqrotexnika və aqrotexnologiyaları sərgiləyirik.

“Caspian Agro 2021"sərgisində ziyarətçilər, bizim sərgi meydançamızda, əkinəhazırlıq, əkin, biçim, torpağa qulluq, həşəratlarla mübarizə, bağa və bağçaya qulluq, heyvandarlıq və bitkiçilik kimi geniş bir sahəni əhatə edəcək aqrotexniki vasitələrlə tanış ola bilərlər.

Bizim də “Azer N Agro”MMC olaraq Qarabağ torpağının kənd təsərrüfatına yararlı sahələrinin inkişafı üçün və fermerlərə dəstək istiqamətində bir neçə layihələr üzərində işləryirik. Layihələrin adiyatı üzrə təqdim olunması yaxın zamanda planlaşdırılır.

Keçdiyimiz ildə və hal hazırkı pandemik şərait, bütün sektorlara olduğu kimi bizim sektora da təsirsiz ötmədi. Belə ki, bir çox, sərgiləyəcəyimiz və bu il planlaşdırdığımız layihələrin gecikməsinə səbəb oldu.

Sektorlar üzrə ixtisaslaşmış sərgilər, yerli və xarici şirkətlərin dövlət layihələrində iştirakını dəstəkləməklə yanaşı, xariçi şirkətlərində yerli bazarda nüfuzlu mövcud şirkətləritanımasına və əməkdaşlıq etməsinə zəmin yaradır. Bunun üçün bütün təşkilatçılara öz dərin minnətdarlığımızı bildiririk.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN