Tolqa Kankaya, “Elma Tarim” şirkətinin Baş direktoru
- “Elma Tarim” ailə müəssisəsi Türkiyənin meyvə ağacları şitillərinin becərilməsi ilə məşğul olan beş ən böyük şirkətindən biridir. Şirkət alma, armud, şaftalı, nektarin, yunan qozu, ərik v albalı ağaclarının becərilməsi ilə məşğuldur. Biz ildə təxminən bir milyon meyvə şitili tədarük edir və şitillərin 80%-ni Türkmənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrə ixrac edirik. Həmçinin biz müəyyən ərazinin bağ üçün hazırlanması, suvarma sisteminin çəkilməsi və digər zəruri avadanlıqların quraşdırılmasından, eləcə də şitillərin təchizatı, ağacların kəsilməsi, habelə meyvə bağının texniki təchizatı və qulluğu üzrə bütün zəruri xidmətlərdən ibarət olan “istifadəyə hazır bağ” xidmətlərini təqdim edirik.
Bu sərgidə Azərbaycandan daimi müştərilərimiz ilə görüşdük və ölkəyə səfərdən istifadə edərək, burada daha əvvəl saldığımız bağları ziyarət edirik. Biz yeni potensial müştərilər ilə münasibətlər qurmaq niyyətindəyik. Bizi daha çox Azərbaycanda və digər türkdilli ölkələrdə öz bağlarını salmaq istəyən fermerlər, habelə fəaliyyət sahələrimizə aidiyyəti olan məsələləri müzakirə etmək maraqlandırır.
Sərgi çox uğurludur və Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çox əlverişli şəraiti nəzərə alaraq, hesab edirik ki, tədbir yaxın vaxtlarda daha da genişlənəcək.