Ən yaxşı gübrələr və biostimulyatorlar

Ən yaxşı gübrələr və biostimulyatorlar

15 may 2018 0000

Mustafa Tör, “Adafer Gübre” şirkətinin satış və marketinq üzrə direktoru

– Türkiyənin “Adafer Gübre” şirkəti öz məhsullarını “Caspian Agro” sərgisində ilk dəfə təqdim edir. Bunlar yarpaq və bitkiləri qidalandırmaq üçün kökətrafı və kök üçün gübrələr, o cümlədən mineral, üzvi və üzvi-mineral, mikro gübrələr, biostimulyatorlardır. Şirkət, həmçinin fermerlərə texniki məsləhət xidməti təklif edir.

Müasir bazarın tələblərinə uyğun olaraq, 25 illik təcrübəyə əsasən, şirkətimiz müxtəlif qruplara daxil olan, ümumilikdə 50-dən çox xüsusi gübrə istehsal edir. İnkişaf etməkdə olan və dəyişən kənd təsərrüfatı sektorunda, bizim dinamik, təcrübəli və davamlı yenilənən şirkət məhsul keyfiyyətinə görə avanqard hesab olunan əhəmiyyətli bir brend yaradıb.

Sərginin universallığı sayəsində Azərbaycanda məhsullarımızı nümayiş etdiririk, yerli fermerlərlə peşəkar təcrübələrimizi bölüşürük. Azərbaycan bizim üçün vacib bir bazardır, çünki xalqlarımız qardaşdır və buna görə də biz buradayıq. Azərbaycandakı həmkarlarımıza faydalı ola bilsək, məmnun olarıq. Biz stendimizdə ilk növbədə fermerləri, bitkilər üçün gübrə və qida məhsulları satan şirkətlərin nümayəndələrini görmək istərdik.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN