Ən son mineral, bioloji gübrələr

Ən son mineral, bioloji gübrələr

20 may 2016 0000

Vüqar Ağazadə, “GBR Trade” şirkətinin satış üzrə meneceri

– “GBR Trade” şirkəti mineral gübrələrin idxalı və onların yerli bazarda satışı ilə məşğuldur. Biz “Yara Suomi Oi”, “Dr. Tarsa”, “Biolchim”, “BASF”, “UPL” və “Agrobest” kimi dünyanın tanınmış gübrə və pestisid istehsalçıları ilə əməkdaşlıq edirik. “CaspianAgro” sərgisində iştirak yeni potensial müştəri və tərəfdaşlarla birbaşa kommersiya əlaqələrinin qurulmasına zəmanət verir və bu da sifariş portfelini genişləndirməyimizə imkan yaradır. Bu sərgi alıcılar üçün onları maraqlandıran məhsullarla bilavasitə tanış olmaq baxımından da əla fürsətdir.

Şirkət hər il məhsul xəttinin çeşidini genişləndirməklə, müştərilərin tələblərinin yerinə yetirməyə çalışır. Bizim təklif etdiyimiz məhsullar arasında – yarpaq yemləri üçün ən son və mineral məhlul və gübrələr, bioloji gübrələr yer alır. Bundan başqa, biz ziyanvericilərlə mübarizə aparmaq üçün müxtəlif vasitələri təklif edirik. Bu məhsulların əksəriyyəti stendimizin ziyarətçilərinin diqqətinə çatdırılıb.

Azərbaycanın qida və kənd təsərrüfatı sənayesi intensiv inkişaf mərhələsindədir, ölkədə kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün tədbirlər görülür. Buna görə də, ixtisaslaşmış sərgilərin qida və kənd təsərrüfatı sənayesinin inkişafındakı rolu böyükdür, belə ki, onlar tərəfdaş və müştərilər arasında bələdçi vəzifəsi daşıyır, əhalinin keyfiyyətli məhsullarla təminatının inkişaf etdirilməsinə təsir göstərir. “GBR Trade” şirkəti əhalini keyfiyyətli məhsullarla təmin etməklə, onların tələbatını ödəməyə çalışır və bununla da alıcıların etibarını qazanaraq, bu geniş prosesə öz töhfəsini vermiş olur.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN