Əla buğda və arpa məhsulu!

Əla buğda və arpa məhsulu!

10 i̇yun 2021 0000

Əsəd Qurbanzadə, “AgroDairy” şirkətinin satış və marketinq şöbəsinin müdiri

“AgroDairy” şirkəti Azərbaycanın kənd təsərrüfatı və toxumçuluq sahəsində ən böyük kənd təsərrüfatı müəssisəsidir. 17 min hektardan çox suvarma sahəsinə sahibik və bu sahədən ildə iki dəfə buğda, arpa, qarğıdalı, yonca və soya biçirik. Əkin sahələri Respublikanın Samur, Tovuz, Hacıqabul və Şamaxı rayonlarında yerləşir.

Şirkətimiz tərəfindən “Caspian Agro 2021” sərgisinin ziyarətçilərinə təqdim etdiyi əsas məhsullar bir çoxu ilk dəfə nümayiş olunan buğda və arpa toxumlarıdır. İlk növbədə, bunlar Azərbaycanda distribyutoru olduğumuz dünyanın aparıcı istehsalçıları olan Avstriyanın “Probstdorfer” və “KWS” şirkətlərinin toxumlarıdır. Bu toxumların məhsuldarlığı hər hektarda rekord 70, 80 və hətta 90 sentnerdir.

Bu gün ölkəmiz üçün aktual mövzu işğaldan azad edilmiş Qarabağ bölgəsinin torpaqlarının bərpasıdır. Dövlətin bu region üçün kənd təsərrüfatının inkişafı daxil olmaqla böyük planları var. Bütün bu layihələrdə fəal iştirak etməyə və bu bölgədə öz təsərrüfatlarımızı yaratmağa hazırıq.

Peşəkar sərgilərin rolunu qiymətləndirməklə yanaşı, qeyd etməliyəm ki, onların keçirilməsindəki məcburi fasilə kommunikasiya və yeni təmasların qurulmasında müəyyən bir boşluq yaradıb. Bazara daim yeni şirkətlər daxil olur və daha da inkişaf etmək üçün onlarla əlaqələr qurmaq lazımdır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN