Dünyanın hər tərəfindən tərəvəz şitilləri!

Dünyanın hər tərəfindən tərəvəz şitilləri!

20 may 2016 0000

Nicat Quluzadə, “Kürdəxanı şitil”  şirkətinin satış üzrə meneceri

Dərhal qeyd edim ki, biz sərginin gedişatından çox razıyıq, tədbir yaxşı təşkil olunub, ziyarətçilər tez-tez bizim stendə yaxınlaşır və məhsullarımızla tanış olurlar.

Bizim “Kürdəxanı şitil” şirkəti 20 ildir ki, fəaliyyət göstərir. 2006-cı ildən etibarən təşkilatın fəaliyyətinin yeni mərhələsi başlayıb, biz sifarişçilərə yeni, daha məhsuldar şitil növləri təklif etməyə başladıq.

Bu gün şirkətin stendində öz keyfiyyəti, yüksək məhsuldarlığı ilə seçilən tərəvəz şitillərini təqdim edirik. Bizim şirkətdə Türkiyə, İsrail və Hollandiyada becərilmiş tərəvəz, xüsusilə də xiyar, pomidor, badımcan növləri var. Şirkət həmçinin geniş şəkildə istifadə olunan dekorativ gül növlərini həvəskarlara təklif edir.

Bizim stend təklif olunan şitil çeşidlərinin müxtəlifliyi, keyfiyyəti ilə ziyarətçiləri cəlb edir. Biz müraciət edən hər bir sifarişçiyə diqqətlə yanaşaraq, alıcının tələblərinə daha uyğun məhsul təklif edirik. Bu il iştirakçıların müxtəlifliyi də diqqəti cəlb edir və bu, tədbirin nüfuzunu daha da artırır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN