Dünya bazarında aparıcı texnologiya və avadanlıqlar

Dünya bazarında aparıcı texnologiya və avadanlıqlar

17 may 2018 0000

Ramin Hacıyev, “Bühler” şirkətinin Azərbaycandakı təmsilçisi

– “Bühler” (İsveçrə) şirkəti sərgidə qida sənayesi üçün innovativ texnoloji həll variantlarını təqdim edir. “Bühler” şirkətinin taxıl və qida məhsullarının emal texnologiyaları bütün dünyada liderdir və “Nestle”, “Lindt”, “Roshen” və s. bu kimi nəhəng istehsalçılar tərəfindən istifadə olunur.

“Bühler” şirkətinin avadanlıqları xammal emalından hazır məhsulların alınmasına qədər qida istehsalının demək olar ki, bütün mərhələlərini əhatə edir. Biz hazır həll variantları təklif edirik - un dəyirmanı, makaron, şokolad fabrikləri, hazır qəlyanaltı istehsalı zavodları, fındıq və digər qoz-fındıq, qarışıq yem zavodları.

Biz sərgi vasitəsilə brendin Azərbaycanda tanınma səviyyəsini artırmaq, şirkətin daimi müştəriləri ilə görüşmək, eləcə də yeni işgüzar əlaqələr qurmaq niyyətindəyik. Bizim stenddə maraq doğuran bütün məsələlər üzrə ziyarətçilərə məsləhət verən “Bühler” şirkətinin xarici mütəxəssisləri var. Azərbaycanda hələ istifadə edilməyən avadanlıqları almaq istəyən sahibkarlarla görüşlər xüsusilə vacibdir. Bu avadanlıqlar arasında düyü istehsalı zavodu, enerji fitnes çubuqları, fındıq təmizləyən avadanlıq və s. yer alır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN