Olqa Veretennikova, “Trionis” şirkətinin satış üzrə meneceri
“Trionis” şirkəti yem xammalı, soya yemləri, zülal konsentratları, yem üçün qatqılar və digər məhsulların istehsalı ilə məşğuldur. Biz Azərbaycana istehsal prosesində soya toxumundan əldə edilən yağa çevrilən yüksək zülallı soya yemlərini gətiririk.
Biz ötən il “Caspian Agro” sərgisində debüt etmişik və bundan sonra bir sıra sifarişçilər tapdıq və yerli bazarda müəyyən uğur əldə etdik. Buna görə də, sərginin təşkilatçıları ilə pozitiv əməkdaşlığı davam etdirmək qərarına gəldik. Budur, heyrətamiz nəticə əldə etmişik – biz bazarın üçdə bir hissəni əhatə etmişik. Bütün ölkəyə ayda təxminən 9 min ton soya yemi gətirilir ki, bunun 2 min tonunun biz təmin edirik.
Bizim məhsulların bir sıra üstünlükləri var. Bunlardan biri də rəqabətədavamlı qiymətdir. Digər məsələ isə məhsullarımızın keyfiyyəti ilə bağlıdır. Biz bir sıra bazarlarda fəaliyyət göstəririk. Şirkətimizin məhsul təchizatı həyata keçirdiyi əraziyə Avropa İttifaqı, Belarus Respublikası, Rusiya Federasiyası, Orta Asiya və Qafqaz ölkələri daxildir. Biz bu il sərgidən yeni müştərilər, sifarişçi bazasının genişləndirilməsini gözləyirik.