“Caspian Agro” sərgisi tarixində ən genişmiqyaslı tədbir

“Caspian Agro” sərgisi tarixində ən genişmiqyaslı tədbir

15 may 2019 0000

15 may tarixində Bakı Ekspo Mərkəzində dörd ixtisaslaşdırılmış sərgini birləşdirən ilin ən böyük sərgisi öz işinə başlamısdı. Sərgi kompleksinin üç zalında və açıq meydançasında yerləşən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi “Ipack Caspian” və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi “HOREX Caucasus” dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib.

Ölkə prezidenti Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsi ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısının göstəricisidir.

Sərginin təşkilatçısı Caspian Event Organisers şirkəti və onun beynəlxalq agentlər şəbəkəsidir. Sərgidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi də fəal iştirak edir və tədbiri yaxından dəstəkləyir.

Açılış mərasimində Azərbaycanın Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sərdi Qoşqar Təhməzli və təşkilatçılar adından cənab Edvard Stroon iştirak ediblər. Həmçinin sərginin qonaqları arasında Belarus Respublikasının Baş nazir müavini Lyaşenko İqor Vasilyeviç, “Belqospişeprom” konserninin sərdi Zabello Aleksandr Leonidoviç, Belarus Respublikası sənaye nazirinin müavini Korçik Dmitriy Aleksandroviç, Gürcüstanın ətraf mühit v kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili, Stavropol diyarı Baş nazirinin Birinci müavini Velikdan Nikolay Timofeyeviç, Stavropol diyarı Baş nazirinin müavini Afanasov Nikolay Nikolayeviç, Stavropol diyarı iqtisadi inkişaf nazirinin müavini Damir Suzanna Xalilyevna və Stavropol diyarında “Odlar Yurdu” Azərbaycan icmasının prezidenti Yarıyev Fəxrəddin Sərraf oğlu yer alırlar.

Bu il “Caspian Agro” sərgisi öz tarixinin ən genişmiqyaslı tədbirini keçirir. Dünyanın 26 ölkəsini təmsil edən 240 şirkət nümayəndələrini bir araya gətirmiş sərginin sahəsi ötən il ilə müqayisədə 6% artıb. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplar ilə iştirak edir. Sərgidə ənənəvi iştirakçılar ilə yanaşı, debüt edən ölkə - Mərakeş də yer alıb.  Sərgidə debüt edən şirkətlərin sayı tədbir iştirakçılarının 40%-ni təşkil edir. “Caspian Agro” sərgisinin qeydiyyat sponsoru “Prior Leasing” şirkətidir.

İştirakçılar aşağıdakı bölmələrdən ibarət olan, regionda ən böyük ekspozisiyanı təqdim edir: suvarma sistemləri, istixanalar üçün avadanlıqlar, parniklər, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvan yemləri, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin becərilməsi və s.

Uzun illər ərzində sərgiyə dəstək vermiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgi çərçivəsində ilk dəfə olaraq 3-cü sərgi zalında, eləcə də açıq platformada innovativ stend ilə iştirak edir. Stenddə ölkənin kənd təsərrüfatı sahəsindəki ən son nailiyyətlər, eləcə də ən son sənaye yenilikləri nümayiş etdirilir. Həmçinin stenddə nazirlik tərəfindən dəstəklənən perspektivli “startaplar” geniş təqdim olunub.

Beləliklə, “Сaspian Agro 2019” sərgisi növbəti dəfə kənd təsərrüfatı kompleksinin bütün mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distrbyutorları və Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəs üçün görüş yerinə çevrilib.

Sərgilər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərgilər həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) dəstəyi ilə keçirilir.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN