Rüfət Məmmədov, “GROW GROUP”-un direktoru
Şirkətimiz 2013-cü ildən fəaliyyət göstərir. Biz Fransanın istixana istehsalçısı “Rishel” qrupu və Hollandiyanın istixana materialının tədarükü ilə məşğul olan brendini təmsil edirik. Şirkətimiz 20 hektar sahədə pomidor yetişdirmək üçün nəzərdə tutulan istixanaların layihəsini hazırlayır. Bu layihədə partnyorlarımızın bütün materiallarından istifadə edilir. Biz xüsusi diqqətlə bu istixananın maketini hazırlayıb stenddə yerləşdirmişik.
Biz uzun illərdir ki, “CaspianAgro” sərgisində iştirak edirik. Bizim üçün bu, ilk növbədə, öz imicimizi qoruyub saxlamaq üçün bir vasitədir. İkincisi, bizim burada mühüm məqsədimiz var - stenddə tərəfdaşlarımız və işgüzar danışıqlar üçün hər cür şərait yaratmaq. Bu, bir növ işgüzar görüşlər, təlimlər və sərgilənən məhsulların sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş platformadır. Bu gün burada ən azı on yeddi brend sərgilənir. Biz ildən-ilə sərgilərin müsbət nəticələrini görürük. Düşünürəm ki, bu, işgüzar əlaqələrin inkişafı, məhsulların və yeni layihələrin təşviqi üçün ən yaxşı formatdır. Gələn il də iştirak etməyi planlaşdırırıq.