Bu gün “CaspianAgro 2016” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

Bu gün “CaspianAgro 2016” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

18 may 2016 0000

Bu gün 18 may saat 12:00-da «Trend» informasiya agentliyində 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2016”, 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2016” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya IPACK Caspian 2016 sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi.

Mətbuat konfransında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini cənab İlham Quliyev, “Iteca Caspian” şirkətinin icraçı direktoru cənab Fərid Məmmədov və sərgi meneceri xanım Zarina Məmmədova iştirak etdilər.

Mətbuat konfransında 50-dan çox media-nümüyəndələri iştirak etmişdi. Onların arasında: AzTV, AzərTac, CBC, İctimai TV, Lider TV, MediaYug (Rusiya), Region TV, SIA, Trend və s. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin yenilikləri və statistik göstəricilər haqqında məlumat verildi.

Tədbirin sonuna yaxın bütün KİV nümayəndələri sabah, yəni 19 may tarixində saat 11.00-da rəsmi şəxslərin iştirakı ilə “Bakı Ekspo” mərkəzində keçiriləcək açılış mərasiminə dəvət edildilər. Xatırladaq ki, sərgilər 19-21 may tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN