Bol məhsul yığımı

Bol məhsul yığımı

18 may 2017 0000

Fatih Can, “Cansa” şirkətinin Baş direktoru

– Kənd təsərrüfatı texnikasının istehsalı sahəsində ixtisaslaşmış Türkiyənin “Cansa” şirkəti beynəlxalq “CaspianAgro” sərgisində ikinci dəfə iştirak edir. Bu il bizim stenddə yerli bazarın tələblərinə uyğun daha çox adda texnika təqdim olunur. Məsələn, səpinqabağı hazırlıq üçün nəzərdə tutulmuş mala alaq otlarını məhv edir və torpağı yumşaldır. Azərbaycan pambıqçılıq ənənələri olan ölkədir, buna görə də biz sərgidə bitkinin mexaniki yolla və vakuumlu əkilməsi üçün  pambıq kultivatorlarını təqdim edirik. Bu maşınlar xüsusi olaraq Azərbaycan bazarı üçün çiləmə sistemi ilə təchiz edilib və bu sistem gübrənin və ziyanvericilərə qarşı preparatların dərhal verilməsinə şərait yaradır. Həmçinin biz fermerlərə məhsul yığımı üçün pambıq qoşqusu, kotan və başqa faydalı aqreqatlar təklif edirik.

Ziyarətçiləri ekspozisiyanın xüsusiyyətləri ilə tanış etmək niyyətindəyik, texnika və digər maşınların tətbiqinin məqsədəuyğunluğu ilə əlaqədar tez-tez bizə müraciət edən fermerlər üçün geniş konsultasiyalar keçiririk. Biz torpaq sahiblərini və torpaqla işləyən insanları öz stendimizdə görməkdən həmişə məmnun olarıq.

Sərgi mükəmməl təşkil edilib və biz burada bir iştirak etdiyimizə görə şadıq.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN