Bizi maraqlandıran sualların bir çoxuna cavab aldıq

Bizi maraqlandıran sualların bir çoxuna cavab aldıq

17 i̇yun 2021 0000

Asif Allahverdiyev, Ağstafa rayon fermerlər şurasının sədri

– Biz bu sərgini Azərbaycanın Qazax, Tovuz, Şəmkir və Kürdəmir rayonlarını təmsil edən fermerlər qrupunun tərkibində ziyarət etdik. Hər şeydən əvvəl, bizi bu tədbirə dəvət etdikləri üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və sərginin təşkilatçılarına təşəkkür edirəm. Bəzilərimiz “Caspian Agro” sərgisini bir neçə dəfə ziyarət edib, bəzilərimiz üçün isə bu, ilk təcrübədir. Bakıya səfərin bizim üçün faydalı olacağına əminəm. Çünki sərgidə təsərrüfat üçün bir sıra maraqlı və faydalı məlumatlar əldə etdik.

Bildiyiniz kimi, su problemi indi qlobal xarakter daşıyır və şəxsən məni suvarma və irriqasiya sistemləri maraqlandırırdı. Onu da qeyd etməliyəm ki, sərgidə yerli və xarici şirkətlərdən bir neçə maraqlı təklif öyrənə bildim.

Heyətimiz böyükdür və fərqli rayonları təmsil edir. Bildiyiniz kimi, hər rayonun özünəməxsus xüsusiyyətləri var. Lakin düşünürəm ki, məni müşayiət edən fermer həmkarlarım da onları maraqlandıran sualların çoxuna cavab tapıblar.

Diqqətinizə çatdırmaq istəyirəm ki, bölgəmiz üzümçülük ilə məşhurdur. Sərgidə bu seqmentdə təmsil olunan şirkətlər şərabçılığa diqqət yetiriblər. Üzümdən digər məhsulların - kişmiş, doşab və s. istehsalı haqqında daha çox məlumat almaq istərdik.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN