Andrey Starşov, “Agrosoil Trade” (Rusiya) şirkətinin Baş direktoru
Mən Bakıda keçirilən sərgini ilk dəfə ziyarət edirəm. Mən genişmiqyaslı tədbirin keçirilməsi, təqdim edilən brendlər və Azərbaycan bazarı barədə ümumi təəssürat almaq üçün bura gəlmişəm.
Çoxsaylı, mənə tanış olmayan şirkətlər məni yaxşı mənada təəccübləndirib. Lakin qruntun mühafizəsi ilə məşğul olan istixana sektoru geniş təqdim edilməyib. Məhz bu istiqamətdə “Caspian Agro” sərgisində iştirak etməyi planlaşdırırıq, belə ki, bizim şirkət istixana kombinatları ilə iş, tamamlayıcı materialların təchizatı sahəsində fəaliyyət göstərir. Ümumiyyətlə, sərgi, maraqlı yaxşı təşkil edilib. Bugünki səfərimi səmərəli hesab edirəm. Sərgilər həmişə müsbət və məlumatlandırıcı səciyyə daşıyır. İstənilən sektorun inkişafı üçün onları ziyarət etmək lazımdır.