İlker ALTIOĞLU, MET Farm şirkətinin Satış Meneceri
Südçülük təsərrüfatı və onunla bağlı əmək ekosistemi sürətlə dəyişir. Bu gün fermerlər gəlirli və davamlı süd istehsalına nail olmaq üçün sağım robotları, avtomatlaşdırma, rəqəmsallaşma və ağıllı həllərdən istifadə edirlər. “GEA/MET Farm” şirkəti bütün dünyadakı fermerlərə südün məhsuldarlığı və keyfiyyətini artırmaq üçün geniş çeşidli həllər təklif edir. İnteqrasiya olunmuş həllər üzrə yanaşmamızla biz avtomatlaşdırılmış sağımdan tutmuş istənilən növ fırlanan və salonda sağma, sürü idarəetmə avadanlıqları, eləcə də yemləmə sistemləri, peyinin idarə edilməsi və qabaqcıl xidmət konsepsiyalarına qədər bütün dünyadakı südçülük fermalarının ehtiyaclarına uyğun sağım sistemləri təklif edirik. Ən müasir texnologiyalarımız ən son təlimatlara və sertifikatlaşdırılmış keyfiyyət standartlarına uyğun olaraq işlənib-hazırlanır və istehsal olunur. GEA bütün dünyada südçülük təsərrüfatı ilə məşğul olan fermerlərə öz gələcəklərini uğurla və davamlı şəkildə idarə etməyə kömək etməklə onlar üçün təcrübəli və etibarlı tərəfdaş olmuşdur..
“MET Farm Technologies” şirkəti Türkiyə Respublikası, Şimali Kipr Türk Respublikası və Azərbaycanda “GEA Farm Technologies” şirkətinin Sağım Avadanlıqları və Ferma Texnologiyası məhsullarının satış və xidmətlərini həyata keçirir. 15.05.2015 tarixindən etibarən Türkiyə və Şimali Kiprdə bütün “GEA Farm Technologies” məhsulları üzrə gördüyü işlərlə yanaşı, “MET Farm” 01.01.2022-ci ildən Azərbaycan bazarında “GEA Farm Technologies” şirkətinin məhsulları üzrə fəaliyyətə başlamışdır. “MET Farm” şirkəti olaraq biz Bakıda yerləşən ofisimiz vasitəsilə Azərbaycandakı müştərilərimizə Satış və Satışdan sonrakı xidmətlər göstəririk. Biz regionda bu ildən etibarən fəaliyyətə başlamışıq və digər regionlara də sürətlə irəliləyirik.
“MET Farm” şirkəti olaraq biz Azərbaycanın bütün südçülük fermalarını ən müasir sağım avadanlıqları ilə təmin etməyə hazırıq. Biz Qarabağ bölgəsində bəzi potensial təsərrüfat layihələri üzərində işləyirik. Təbii ki, əgər müştərimiz bizimlə işləməyə üstünlük versə, bu bizim üçün çox xoş olar.
İlk növbədə, bu sərgidə Azərbaycanda ilk dəfə olaraq özümüzü təqdim etməyi planlayırıq. “GEA Farm Technologies” şirkətinin məhsul və xidmətləri Azərbaycana “MET Farm” tərəfindən ölkədəki yeni baş ofisimizin yerləşdiyi Bakıdan birbaşa olaraq təqdim olunacaq. Ən son Texnologiyalarla bağlı gələcək xidmətlərimiz haqqında məlumat vermək üçün südçülük texnologiyası təchizatçıları və müştərilər ilə görüşməyi səbirsizliklə gözləyirik.