Biz ənənəvi Kaxetiya şərabçılıq texnologiyasından istifadə edirik

Biz ənənəvi Kaxetiya şərabçılıq texnologiyasından istifadə edirik

17 may 2019 0000

Nikolozi Şatirişvili, “Wineri Shatiri” şirkətinin icraçi direktoru

“Winery Shatiri” şirkəti “Caspian Agro 2019” sərgisində məmnuniyyətlə iştirak edir. Şirkətimiz burada öz şərab və spirtli içki məhsullarını təqdim edir. Ziyarətçilər sərgidə aşağıdakı məhsulların dadına baxa biləcəklər: 3 əla növ şərab – “Saperavi – quru”, “Saperavi – yarımquru”, “Rkatsiteli– quru”, ənənəvi gürcü çaçası, feyxoa və kivi spirtləri.

Şirkət şərabın “Qvevri” gil küpdə qıcqırdılmasını nəzərdə tutan ənənəvi Kaxetiya şərabçılıq texnologiyasından istifadə edir. Bu metod YUNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi qəbul edilir. Şirkətin zirzəmisində 100% təbii şərab hazırlanır. Bundan başqa, sərgidə biz əsil kivi və feyxoa arağını da təqdim edəcəyik, ziyarətçilər isə onların unikal dadından zövq ala biləcəklər.

“Caspian Agro” sərgisi Qafqaz regionu üçün xüsusi əhəmiyyətə malikdir, çünki o, regiondakı sahibkarlar arasında əməkdaşlığı asanlaşdırır və yeni bazarları öyrənməyə imkan yaradır. İnanıram ki, bu tədbir şirkətimizin inkişafına çox müsbət təsir edəcək, biz çox faydalı təcrübə qazanacaq və şirkətin satış şəbəkəsini genişləndirə biləcəyik.

Əsas məqsədimiz məhsullarımızı daha geniş auditoriyaya təqdim etməkdir ki, bu da satış bazarımızı genişləndirməkdə və gələcəkdə şirkətin satışlarını artırmaqda bizə kömək edəcək. Ziyarətçilərə gəldikdə isə demək istərdim ki, bizim hədəf auditoriyamız distribyutorlar və şərabçılıq sənayesi ilə maraqlanan insanlardır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN