Biz artıq Azərbaycanlı sahibkarlar ilə əlaqələr qurmuşuq!

Biz artıq Azərbaycanlı sahibkarlar ilə əlaqələr qurmuşuq!

18 may 2022 0000

Yuri Matus, "Minsk cins heyvandarlıq müəssisəsi" Respublika Unitar Kənd Təsərrüfatı Müəssisəsinin (RUKTM) baş direktorunun müavini Yuriy Matus

Bizim müəssisəmiz damazlıq buğa və qabanlardan alınan yüksək keyfiyyətli sperma məhsullarının ən böyük istehsalçısıdır. Müəssisənin əsas filialında yüz yetkin öküz var.

Biz həm də ətlik və südlük cins damazlıq heyvanların satışı üzrə ixtisaslaşmışıq. Süd laboratoriyamızda səriştəli mütəxəssislər çalışır və laboratoriyanın özü də yüksək dəqiqlikli avadanlıqla təchiz olunub.

RUKTM-nin nümayəndələri daim müxtəlif sərgilərdə iştirak edirlər və biz CaspianAgro layihəsini, əlbəttə ki, özümüz üçün maraqlı bir fürsət hesab etdik. Bakıdakı sərgiyə ilk dəfə gəlmişik. Deyə bilərəm ki, sərgi ilə bağlı xoş təəssüratlar qazanmışıq. Biz texnologiya, emal və qida sənayesi sahəsində çoxlu maraqlı eksponatlargördük. Biz artıq Azərbaycan sahibkarları ilə əlaqələr qurmuşuq və əlaqələrin daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümid edirik. Mən biznesin və müəyyən məhsulun inkişafında sərginin rolunu müsbət qiymətləndirirəm.

Sərgilər nəzərəçarpan praktiki fayda verir, effektiv nəticələrə zəmanət verir, perspektivli biznes layihələrini təmin edir və yeni işgüzar əlaqələrin qurulmasına kömək edir.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN