Bağçılıq sahəsində İspan təcrübəsi

Bağçılıq sahəsində İspan təcrübəsi

17 may 2018 0000

Mariya  Melqares, “Viveros Veron” şirkətinin biznesin inkişaf etdirilməsi üzrə meneceri

– “Viveros Veron” İspaniyanın meyvə ağacları şitilliyi Azərbaycanda keçirilən “Caspian Agro” sərgisində debüt edir. Stendimizdə kənd təsərrüfatı sektorunda hər cür layihələrin həyata keçirilməsi üçün konsultasiya xidmətləri təklif edirik.

Ötən il “Viveros Veron” şirkəti Azərbaycanda böyük tələbat olan badamdan tutmuş şabalıd, ərik, nektarin, gavalı, albalı və başqa meyvə bitkilərinin becərilməsinə həsr olunmuş fəaliyyətinin 100 illiyini qeyd edib. Həmçinin, şirkət bu və ya digər yeni şaftalı və ərik növlərinin yetişdirilməsi ilə məşğuldur. Bu, zəhmət tələb edən məşğuliyyətdir və təxminən 20-25 il davam edir. Şitilliyin seçmə növləri bütün dünyada uğur qazanıb.

Sərgidə iştirakımız Azərbaycan və qonşu ölkələrin bazarına daxil olmaq arzusu ilə şərtlənir. Biz yetişdirdiyimiz bitkilərin əkinini planlaşdıran fermerləri, habelə sənaye həcmli meyvə istehsalına yönəlmiş əsas investisiya layihələrinin rəhbərlərini stendimizə dəvət edirik. İspaniyanın kənd təsərrüfatı texnologiyalarını Azərbaycanda tətbiq etmək və fermerlərin yüksək məhsuldarlıqlı meyvə bağları salmaq arzusu bizim işimizə stimul verir.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN