Azərşəkər MMC-nin nailiyyət və inkişaf perspektivləri

Azərşəkər MMC-nin nailiyyət və inkişaf perspektivləri

20 may 2022 0000

İlkin Gözəlov, Azərşəkər MMC-nin satış meneceri

- “Azərşəkər” Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir, ölkənin Şəmkir, Yevlax, Goranboy, Ağcabədi, Füzuli və Ağdam rayonlarında əkin sahələrinə və meyvə bağlarına sahibdir. Yevlax rayonu ərazisində yeni “Dastan Aqro” heyvandarlıq kompleksi tikilir. Ağdam rayonunda narı ilə məşhur olan bağlar salınmışdır.

Şirkət “Pivot”–un “Caspian Agro” sərgisində nümayiş etdirdiyimiz  intensiv suvarma sistemlərindən fəal şəkildə istifadə edir. İşimizdə müasir innovativ sistemlərdən istifadə etmək suvarma zamanı suya 30 faiz qənaət etməyə və yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir. Həmçinin, fəaliyyətimizin əsas istiqaməti şəkər çuğunduru istehsalıdır - daha sonra qarğıdalı, soya və arpa əkilir.

Sərgidə biz aşağı təsirli, zolaqlarla becərmə texnologiyasını, tərəfdaşımız Polşanın avadanlıq istehsalçısı “Mzuri”-ni və Amerikanın “Dragon-Line” suvarma sistemini nümayiş etdiririk.

Bundan əlavə, “AgroLab” laboratoriyamızın stendi Ekspo Mərkəzində yerləşir. Qeyd edim ki, indi bir çox fermerlərin laboratoriya analizlərinə marağı artıb. Ona görə də bu stend sərgidə ən çox ziyarət edilən stendlərdən biridir.

Sərgi bizim üçün çox məhsuldar keçir. İlk iki gün ərzində çox sayda ziyarətçi qəbul etdik, onlarla ünsiyyətdə olduq, mühüm görüşlər, danışıqlar apardıq və perspektivli əlaqələr qurduq.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN