Azərbaycan üçün aktual avadanlıqlar

Azərbaycan üçün aktual avadanlıqlar

18 may 2022 0000

Konstantin İvanov, “SEPPIM” şirkətinin Azərbaycandakı nümayəndəsi

Şirkətimiz daş parçalama və taxta xırdalama texnikasının, ümumiyyətlə meşə təsərrüfatı və bağçılıq avadanlıqlarının istehsalında dünya lideridir. Geniş çeşidli məhsullarımız qırx ölkədə məşhurdur.

Bu gün biz “CaspianAgro” sərgisində üç maşın nümayiş etdiririk. Bu, daşlarla tıxanmış torpağı emal edə, bağçılıqla məşğul olmaq üçün münasib torpağa çevirə bilən daş parçalama maşınıdır. Hesab edirəm ki, bu, Azərbaycan üçün aktualdır. Artıq zeytun ağaclarını əkmək üçün bu texnikadan istifadə edən tərəfdaşlarımız var.

Digər maşınlar intensiv bağçılıqla məşğul olanların marağını cəlb edəcək. Əl əməyindən istifadə etmədən intensiv yeni texnologiya ağacların budanmasından sonra budaqları xırdalamağa kömək edir. Rahat, müasir, etibarlıdır!

Biz Azərbaycanda bizneslə məşğul olmağa yeni başlayırıq. Artıq şirkət yaratmışıq, Bakıda maşın və ehtiyat hissələri anbarı yaradılacaq. Əminik ki, avadanlıqlarımız maraq cəlb edəcək və bir çox müştərilərin tələbatını ödəyəcək.

Sərgi bizi kifayət qədər  qane edir - biz artıq ilkin işgüzar əlaqələr qurmuşuq və müsbət nəticələr əldə edəcəyimizə ümid edirik. Bu cür layihələrdə iştirak yerli bazara uğurla daxil olmağa kömək edir. Bu, insanlara məhsullarınızı tanımağa kömək etmək üçün yaxşı marketinq strategiyasıdır

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN