Azərbaycanda düyüyə olan illik tələbat 40 min ton təşkil edir.
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, 2017-ci ildə ölkəyə düyünün idxalı üçün 36 milyon dollar xərclənib, halbuki çəltikçilik Azərbaycanda həmişə ənənəvi sahələrdən olub.
“Dövlət Proqramına əsasən, 40 min ton həcmində düyü istehsalını 2025-ci ilədək təmin etməliyik. Bu sahədə Cənubi Koreya təcrübəsi öyrənilməli, yeni texnikalar alınmalıdır”, - bunu nazir söyləyib.