Avtomatik suvarma sistemləri üzrə qlobal brendlər

Avtomatik suvarma sistemləri üzrə qlobal brendlər

17 may 2019 0000

Namiq Hacıyev, “Yagmur-2” şirkətinin direktoru

- Sərgilərin daimi iştirakçısı olan “Yagmur-2” şirkəti avtomatik suvarma sistemləri ilə məşğuldur. Şirkətimiz bir sıra qlobal istehsalçını təmsil edir. Onların arasında avtomatik suvarma sistemləri və irriqasiya məhsullarının istehsalçısı “Rain Bird” (ABŞ), filtrasiya sistemlərinin istehsalçısı “Armaş” (Türkiyə) və damcılı suvarma lentlərinin istehsalçısı “Eurodrip” şirkətləri yer alır. Bu il süni göl və sututarlar yaratmaq üçün geomembranlar təklif edən yeni “Atarfil” brendini (İspaniya) də təqdim edirik.

Biz sərgidə hər kəsə nümayiş etdirmək istəyirik ki, Azərbaycan dünyanın digər ölkələri ilə ayaqlaşaraq, suvarma sistemlərinin tətbiqi sahəsində qabaqcıl yer tutur. Biz keyfiyyətə dəyər verir və avtomatik suvarma sistemi sahəsində yalnız dünyanın ən yaxşı innovativ məhsullarından istifadə edirik.

Bu sərginin bütün ziyarətçiləri bizim üçün maraqlıdır, çünki biz bir-biri ilə əlaqədar olan bir neçə istiqamətdə fəaliyyət göstəririk. Məsələn, filtrasiya sistemlərindən həm suvarma sahəsində, həm də məişətdə istifadə edilə bilər, damcılı suvarma isə həm kiçik sahələr, həm də böyük bağlar üçün aktualdır, süni sututarlardan da müxtəlif məqsədlər ilə - həm dekorasiya kimi, həm də suvarma suyunu saxlamaq və s. üçün istifadə etmək olar. 

Sərginin miqyasının əminliklə böyüməsi münasibəti ilə təşkilatçıları təbrik edir və gələcəkdə pavilyonların keyfiyyətinin daim yüksəlməsini arzu edirəm.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN