Aytəkin Məmmədova, “AGROSERVIS” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru
Stendimizdə üç istiqamət təqdim edilir: innovativ layihələr; satış ofisinin stendi; açıq havada texnika. İnnovativ stenddə yalnız Azərbaycan üçün deyil, həm də MDB ölkələri üçün yeni çətin dağlıq ərazilər və çətin relyeflər üçün əlverişli olan “New Holland TC 5.90” kombaynını nümayiş etdiririk.
Eyni stenddə geniş əraziləri effektli şəkildə gübrələyə bilən aqro-dronları görə bilərsiniz. “Agrouber” başqa bir yenilikdir, bir növ taksi xidmətidir. Mobil cihazdakı tətbiqin köməyi ilə fermerlər onlara üçün lazım olan bütün işləri çatdırma xidməti ilə sifariş edə bilərlər.
2019-cu ildə ölkədə ilk dəfə olaraq ən ucqar bölgələrdə pambıq, taxıl, meyvə yetişdirmək üçün mineral gübrələrin səyyar satışına və tədarükünə start verdik. Ofisin stendində satış obyektimizin maketi və məhsullarımız nümayiş olunur. Monitorlarda fermerlər üçün kompleks xidmətləri əks etdirən videolar göstərilir.
Açıq platformada texnika nümayiş olunur; ziyarətçilərə lazımi məlumatları təqdim edən nümayəndələrimiz işləyirlər. Kənd təsərrüfatının fəaliyyətini dayandırmaq mümkün deyil, buna görə də Operativ Qərargahın bütün tələblərinə riayət edərək, bütövlükdə pandemiya dövründə işləmişik. Qarabağ
bölgəsinin inkişafı ilə bağlı planlarımız var. Fermerlərimiz “Ağıllı Şəhər”, “Ağıllı kənd” konsepsiyası daxilində işə başladıqda, innovativ metodlar və müasir texnikaların köməyi ilə enerjili şəkildə bu prosesə qoşulacağıq.