Ağıllı sistem və texnologiyalar müasir kənd təsərrüfatında yüksək rol oynayır

Ağıllı sistem və texnologiyalar müasir kənd təsərrüfatında yüksək rol oynayır

10 i̇yun 2021 0000

İngvard Find, NPC Agro şirkətinin həmtəsisçisi və Biznesin inkişafı üzrə mütəxəssisi  

Azərbaycanda ilk kənd təsərrüfatı və aqrar biznesin inkişafı üzrə konsaltinq və mühəndislik şirkəti olan NPC Agro ABŞ, Kanada, həmçinin Avropa Birliyi ölkələrində konsaltinq şirkətləri və bu sahədə fəaliyyət göstərən ən yaxşı kənd təsərrüfatı və ətraf mühit universitetləri ilə əməkdaşlıq etməkdədir. Əsas məqsədimiz müasir və ağıllı kənd təsərrüfatı sistemlərini sahələrdə tətbiq etməklə investisiya qoyuluşunu azaltmaq, iş effektivliyin və məhsuldarlığı artımaqdır.

NPC Agro Services MMC şirkəti olaraq öz stendimizdə kənd təsərrüfatında məhsuldarlığın artırılmasında istififadə olunan ağıllı sistem və texnologiyaları - bunlara daxildir: Metroloji iqlim stansiyaları, suvarmanın daha dəqiq və peşəkar şəkildə təşkili üçün torpaq nəmi ölçən sensorlar və həmin sensorların oxuyucuları, su, torpaq, yarpaq analizləri, torpağın elektrik keçiriciliyini iki müxtəlif dərinlikdə ölçə bilən cihazlarla (EM38 torpaq skaneri) ölçülməsi xidmətlərini və fermerin dostu Dr. Agro layihəsini nümayiş edəcəyik. Qeyd olunanlardan əlavə olaraq Azərbaycanda ilk yerli istehsal olan Biofix MMC tərəfindən istehsal olunan Humifix gübrəsi nümayiş olunacaqdır. 

Yuxarıda göstərilən hər bir xidmət və məhsulların Qarabağ bölgəsinin kənd təsərrüfatı sahəsinin inkişafı üçün mühüm rol oynadığını da təklif edəcəyik.

Caspian Agro sərgisindən gözləntilərimiz çoxdu. İnanırıq ki, sərgi zamanı qurduğumuz yeni əlaqələr işimizə yeni təkan verəcək və yeni lahiyələrdə iştirak etmək imkanlarımızı artıracaq.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN