“ WorldFood Azerbaijan”, “CaspianAgro ” və “IpackCaspian” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

“ WorldFood Azerbaijan”, “CaspianAgro ” və “IpackCaspian” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

16 may 2017 0000

“Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində 16 may saat 12:00-da 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi, 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında İlham Quliyev – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, Edvard Stroon – “ITE Group” şirkətinin regional direktoru, Zarina Məmmədova – “CaspianAgro” sərgisinin meneceri və Kəmran Daşdəmirov - “WorldFood Azerbaijan” sərgisinin meneceri iştirak ediblər.

Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 36 KİV nümayəndələri iştirak etmişdi, onların arasında televiziya və xəbər portalları: AzTv, Lider, ATV, ARB, ITV, CBC, TREND, Azertag, Report və s.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN