Manuela Traldi, İtaliya-Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti 2024-cü ildə də “CaspianAgro” sərgisində iştirak etməkdən çox məmnunuq. Biz artıq neçə ildir ki, sərgidə milli pavilyonla iştirak edirik. Bu il həm kənd təsərrüfatı, həm də qida sənayesi üzrə yüksək keyfiyyətli İtaliya məhsulları təqdim edirik. Builki sərgidə iştirak edən 6 İtaliya şirkəti suvarma və şitillik texnologiyaları, fermerlərin asanlıqla istifadə edə biləcəyi əllə qablaşdırma alətləri, həmçinin qida sənayesi, meyvə və tərəvəzlərin dondurulmaqla qurudulması, kəsilməsi və emalı üçün texnikalar, eləcə də bütün ölçülərdə, habelə ictimai iaşə sektorundan istehsalçılar və distribütorlar üçün anbarlara qədər müxtəlif məqsədlər üçün soyuducu texnologiyaları təklif edir. Biz həmçinin İtaliyaya xas bəzi qida məhsullarını da təqdim edirik. Sərginin arxada qalan 2 günü ərzində bütün şirkətlərin çox məşğul olduğunun, qablaşdırma alətləri və suvarma sistemləri təklif edən şirkətlərimizin isə böyük uğur qazandıqlarının şahidi oldum. Onlarda bu sərgi haqqında çox yaxşı təəssürat yaranıb. Şirkətlərimiz Azərbaycan şirkətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Onların hamısının burada maraqlı görüşləri oldu. Biz həmçinin İtaliya şirkətlərinin Azərbaycan şirkətləri ilə birgə müəssisələr yaratmasını təşviq edirik. Bu, bütün tərəflərin işini asanlaşdırmaq, qiymətləri aşağı salmaq və idxalı azaltmaq baxımından faydalı ola bilər. Hesab edirəm ki, bu sərgi görüşlər, ünsiyyət, texnoloji mübadilə, bu ölkəyə təkcə sərgi iştirakçıları kimi deyil, həm də ziyarətçi kimi gəlmək üçün əla fürsətdir. Fikrimcə, kənd təsərrüfatı sahəsində ikitərəfli və ya beynəlxalq əlaqələr əsasən bu sərgi ətrafında qurulur. Hesab edirəm ki, bu tədbir, hər il kənd təsərrüfatı üzrə diqqət mərkəzində olan əsas hadisələrdən biridir: dövlət başçısı və nazirlər bu gün milli stendləri ziyarət etdilər, xarici şirkətlər isə bu cür yüksək diqqətdən məmnundurlar.