“Mars Agro” şirkəti — stenddəki nümayəndə Hasan Tahsin Sevinc
Biz Bakıda keçirilən “Caspian Agro” beynəlxalq sərgilərində ilk dəfə deyil ki, iştirak edirik.
“Mars Agro” Türkiyə və Azərbaycandakı fermer müəssisələrinə ətraf mühitə zərər vermədən keyfiyyətli kənd təsərrüfatı məhsulları (əsasən meyvələr) yetişdirməkdə kömək edən “Mars Tarım”ın törəmə şirkətidir.
Tərəfdaşımız İspaniyanın meyvə-tərəvəz seleksiyası ilə məşğul olan “PSB Produccion Vegetal” şirkətidir.
Ümumiyyətlə, “Mars Tarım” şirkətinin iş zəncirinə torpağın analizi, onun səpinə hazırlanması, suvarmanın təmin edilməsi (müvafiq texnikanın təchiz edilməsi və quraşdırılması) və müxtəlif meyvə ağaclarının tinglərinin əkilməsi daxildir.
Sərgidəki stendimizdə üzümün müxtəlif sortlarının (yerli sortların), nektarin (onlarla sort), şaftalı, alma və digər meyvələrin tinglərinin nümunələri təqdim olunur.
Ümumilikdə şirkətin Türkiyə və Azərbaycanın əkin sahələrində dörd milyondan çox tingi var.
“Mars Agro”nun bilavasitə Azərbaycanda artır bir ildir ki, “Şirvanşah”, “Saperavi”, “Red Globe”, “Sultanine” və digər üzüm sortlarının yetişdirilməsi üzrə ixtisaslaşan təsərrüfatı var.
Sərgidə iştirak prosesində biz ənənəvi tərəfdaşlarla görüşlər, eləcə də yeni həmkarlarla tanışlıqlara ümid edirik. Əsas işgüzar əlaqələr mayın 18-də B2B çərçivəsində planlaşdırılır.
Qeyd etmək istərdim ki, biz hazırkı “Caspian Agro” sərgisinin təşkilindən çox məmnunuq!