CASPIAN AGRO 2023: ən böyük kənd təsərrüfatı tədbiri

CASPIAN AGRO 2023: ən böyük kənd təsərrüfatı tədbiri

17 may 2023 0000

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri - 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” keçiriləcək. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun bir sıra beynəlxalq tərəfdaşlarıdır.

Mayın 17-də Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") işə başlayıb. Sərginin rəsmi açılış mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyi sədr Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəsini icra edən Xəyalə Dadaşova, “Caspian Event Organisers” Baş direktoru Fərid Məmmədov çıxış etdilər.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək ilk növbədə bütün içtirakçıları salamlayıb və aşağıdakıları bildirib:

Sadəcə bu sərgi çox əlamətdar bir ilə təsədüf edir. Bu il halqımız müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydar Əliyevinin yüzillik yubileyini qeyd edir. Bu səbəbdən bu gün fəaliyyət başlayan sərgi də məhz ümumi lider Heydar Əliyevin yüzillik yubileyinə həsr olunur.

Aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ həllər məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadəyə imkan verməklə məhsulun maya dəyərinin azalmasına və fermerlərin daha çox gəlir əldə etməsinə rəvac verir. Bu baxımdan regionun kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgisi hesab edilən “Caspian Agro”ya hər il olduğu kimi bu il də böyük maraq var. Ümidvarıq ki, keçirilən sərgi aqrar sahədə çalışanlara yeni texnika və texnologiyalarla tanış olmağa, təcrübə mübadiləsi aparmağa, qarşılıqlı faydalı işgüzar əlaqələr qurmağa imkan verəcək. Sevindirici haldır ki, sərgidə iştirak edəcək şirkətlərin 71 %-i xarici şirkətlərdir.

Bu gün fəaliyyatə başlayan sərgi kənd təsərrüfati məhsullarının istehsalçılarına bu innovativ yenilliklərlə əyani tanış olmağa imkan verir. Bu innovasiyalar xarici şirkətlərin tədbirdə iştirak payının hər il daha da artığını da xüsusilə qeyd etmək istəyirəm.

Əminəm ki, “Caspian Agro-2023” sərgisi təkcə çoxsaylı aqrar innovasiyaların təqdimatı ilə deyil, həm də yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi, yeni əməkdaşlıqların qurulması ilə yadda qalacaq.

Qida Təhlükəsizliyi Agentliyi sədr Qoşqar Təhməzli çıxış edərək dedi:

İnanıram ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyəti göstərən tərəflərin iştirak etdiyi bu beynəlxalq tədbirdə qida sahəsində məhsul xidmətlərin nümayiş etdirilməsi yeni işgüzar əlaqələrin qurulmasına və genişlədirilməsinə böyük töhfə verir.

Sonra söz Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədriyə Orxan Məmmədova verilib:

Ənənəvi olaraq, Qida və Kənd təsərrüfatı sərgisi hər il keçirilir və sərgiyə sahibkarlar tərəfindən iştirak etmək üçün çox böyük diqqət və maraq var.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəsini icra edən Xəyalə Dadaşova:

Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikası bu il ilk dəfədir ki, bu sərgilərdə iştirak edir və biz bununla qürur dururuq və sizlə bir yerdə olduğunuzdan xoşbəxtlik hissini keçiririk.

“Caspian Event Organisers” Baş direktoru Fərid Məmmədov bütün sərgi iştirakçıları təşkilatçı adından salamlayıb və uğurlar arzulayıb. O, çıxış zamanı sərgi ilə bağlı statistik məlumatları təqdim etdi. Sərgiyə dəstəyi göstərən sponsorlar və tərəfdaşlara öz təşəkkürünü bildirib.

“Caspian Agro” yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribyutorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayacaq. “Caspian Agro” sərgisində 24 ölkədən 318 şirkət öz iştirakını təsdiqləyib. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Böyük Britaniya, Çexiya, Estoniya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Latviya, Niderland Krallığı, Polşa, Qazaxıstan, Rusiya Federasiyası və Türkiyə şirkətləri yer alıb.

Bu ilki sərgilərdə ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikası vahid stendlə təmsil olunur.

Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Bu mühüm hadisə “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin proqramlarında da öz əksini tapıb.

Kənd təsərrüfatı sahəsində regionun ən böyük beynəlxalq sərgisi olan “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi, pambıq emalı və elektron kənd təsərrüfatı daxildir.

Üç gün davam edəcək “Caspian Agro” sərgisi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaqdır. Builki sərginin əsas istiqamətlərindən birini “yaşıl kənd təsərrüfatı” təşkil edir. Son dövrlərdə aktual olan bu istiqamət sərginin loqosunda da öz əksini tapmış və loqoya “Green” sözü əlavə edilmişdir. Bu mövzu sərgi çərçivəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda da gündəmdə olacaqdır.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN